Студопедия — O onların keçmişini də, gələcəyini də bilir və bütün işləri Allaha qayıdacaqdır”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

O onların keçmişini də, gələcəyini də bilir və bütün işləri Allaha qayıdacaqdır”.






 

Allah elçilərini göndərir ki, insanları Onun yoluna gəlməyə dəvət etsinlər. Adamların bəziləri elçilərin çağırışına cavab verir, digərləri isə, peyğəmbərlərin təbliğatını rədd edirlər. Bəziləri zəhmət çəkməyə başlayır, digərləri isə öz vəzifələrindən yayınır­lar. Peyğəmbərlərin və elçilərin yerinə yetirdikləri vəzifə məhz budur. Törədilən əməllərin əvəzinin veriləcəyinə gəldikdə isə, o, tamamilə Allahın iradəsindən asılıdır. O (Pak və Müqəddəs Olan) Öz qullarını ya mərhəməti, ya da ədaləti əsasında mühakimə edəcəkdir.

 

ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠﮡ;

Ey iman gətirmişlər! Rükuya gedin, səcdəyə qapılın, Rəbbinizə ibadət edin və xeyirxah işlər yerinə yetirin ki, ola bilsin, xilas olasınız”.

 

Fövqəluca Öz mömin qullarına namaz qılmağı əmr edir, rüku ilə səcdələrin vacibliyini və üstünlüyünü, o cümlədən, ibadətləri bütövlükdə yerinə yetirməyi isə xüsusi ilə vurğulayır. Həqiqətən də, ibadət insanlara sevinc bəxş edir və narahat ürəklərə təskinlik gətirir. Allah bütün bəşəriyyətin Rəbbi və Himayədarıdır və bu, insanları tək olan Allaha səmimiyyətlə ibadət etməyə və xeyirxahlıq göstərməyə yönəltməlidir. Ancaq bu minvalla onlar xilasa nail ola, istədiklərini əldə edə və ən dəhşətli və xoşagəlməz şeylərdən qurtula bilər. Yaradana xalis ibadətdən və Onun qullarına xeyir verməkdən başqa heç bir şey insanlara uğur və xoşbəxtlik qazandırmağa qadir deyil. Allah kimə belə davranmağa kömək edərsə, o, böyük səadətə nail olar və uğur qazanar.

 

ﮢ ﮣ ﮤ ﮥ ﮦﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ;

 

(22. 78) “Allahın yolunda layiqincə səy (cəhd) göstərin. O sizi seçmiş və dininizdə sizə heç bir çətinlik yaratmamışdır. Atanız İbrahimin dini də beləydi. O (Allah), sizi buna qədər də və bunda da (Quranda) müsəlman adlandırmışdır ki, Elçisi sizin şahidiniz olsun, siz isə insanlara şahid olasınız. Namaz qılın, zəkat verin və Allahdan bərk-bərk yapışın! O – sizin Haminizdir. O necə də gözəl Hamidir! O necə də gözəl Köməkçidir!”

 

Cəhd[96] - qarşıya qoyulmuş məqsədə nail olmağa səylə can atmaq, qeyrət göstərmək deməkdir. Allahın yolunda can yandır­maq, ciddi səy göstərməklə çalışmaq üçün müsəlmanlar ən mükəmməl tərzdə Allahın hökmlərini yerinə yetirməli və bütün imkanlardan, o cümlədən, səmimi nəsihət, təlim, döyüş­[97], cəza­landır­ma, xəbərdarlıq etmə, öyüd vermə və bir çox digər vasi­tələrdən istifadə etməklə insanları Allahın yoluna dəvət etməli­dirlər.

Ey müsəlmanlar! Allah sizi Öz qullarının arasından seç­mişdir və sizin üçün din seçmişdir ki, O onunla razı qalmış və sizin üçün Kitabların ən yaxşısını və elçilərin də ən yaxşısını seçmişdir. Bu böyük nemətə görə Rəbbinizə minnətdarlıq edin və var gücünüzlə Onun yolunda səy göstərin. Allahın insanlara yerinə yetirməyə qabil olmadıqları və ya çiyinlərinə düşən ağır yük kimi çətin vəzifələr həvalə etməsi kimi yanlış ehtimallara qapılmamaq­dan ötrü Fövqəluca xəbərdar edir ki, İslam dinində həddən ağır və yorucu hökmlər yoxdur. Əksinə, Allah dinin ehkamlarını son dərəcə yüngül və yerinə yetirilməsi asan olan etmişdir. Lap başlanğıcdan Allah insanlara onları qətiyyən çətinliyə salmayan və onlara əziyyət verməyən əhdlər nazil edirdi. Dini ehkamların asanlaşdırılması üçün şərait yarandıqda, Fövqəluca Allah mütləq onları asanlaşdırır və ya tamamilə, ya da qismən ləğv edirdi. Bu ayədən çox mühüm bir dini qayda çıxır ki, o da belədir: “Çətinliklər dini hökmlərin asanlaşdırılmasına səbəb olur, son zəruriyyət isə haram əməlin yerinə yetirilməsinə icazə verir”. Bu qayda şəriətin bir çox qanunlarına aiddir və bunlar İslam hüququ üzrə kitablardan yaxşı məlumdur.

Ey müsəlmanlar! Yuxarıda xatırlanan nəzər nöqtələri və ehkamlar sizin əcdadınız İbrahimin (ə) dinidir. O (ə) heç vaxt bu dindən imtina etməmişdi və siz də ondan möhkəm yapışmalı­sınız. İbrahim sizi müsəlman adlandırmışdır və sizin bu adınız yaxşı məlumdur. Ona əvvəlki Müqəddəs Kitablarda da rast gəlinib və o, bu Kitabda və şəriətdə də təkrarlanır. Möminləri keçmişdə müsəlman adlandırmışlar və bütün zamanlarda da bu adla adlandıracaqlar.

Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) gəldikdə isə, o (s. ə. s.) sizin yaxşı və pis əməllərinizə şahidlik edəcəkdir. Sizin özünüzə gəldikdə isə, siz qalan digər insanlara şahidlik edəcəksiniz, çünki siz bəşəriyyətin mövcud olmuş ən yaxşı ümmətisiniz. Siz qərəzsizsiniz, ədalətlisiniz və xeyirxahsı­nız. Siz şəhadət verirsiniz ki, Allahın elçiləri haqqı öz qəbilədaş­larına çatdırmışlar və bütün xalqlar haqqı öz elçilərindən öyrənmişlər. Sizin buna şahidlik etməyinizin səbəbi – Allahın bu barədə Öz Kitabında xəbər verməsidir.

Namazı, onun vacib və sünnələrini, onların şərtlərini yerinə yetirərək, icra edin. Haqqı çatan kəslərə vacib sədəqələr ödəyin və sizə göstərdiyi mərhəmətinə görə Allaha həmd edin. Allaha təvəkkül edin və öz gücünüzə arxalanmayın, çünki təkcə Allah sizə hamilik edir və ən gözəl tərzdə sizin işlərinizi sahmana salır. Öz sadiq qullarına istədikləri məqsədə nail olmaq üçün kömək göstərən Hami necə də gözəldir! Öz xahiş edən qullarını hər cür şərdən mühafizə edən Köməkçi necə də gözəldir!

 


 

S







Дата добавления: 2015-09-04; просмотров: 456. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Композиция из абстрактных геометрических фигур Данная композиция состоит из линий, штриховки, абстрактных геометрических форм...

Важнейшие способы обработки и анализа рядов динамики Не во всех случаях эмпирические данные рядов динамики позволяют определить тенденцию изменения явления во времени...

ТЕОРЕТИЧЕСКАЯ МЕХАНИКА Статика является частью теоретической механики, изучающей условия, при ко­торых тело находится под действием заданной системы сил...

Теория усилителей. Схема Основная масса современных аналоговых и аналого-цифровых электронных устройств выполняется на специализированных микросхемах...

Различие эмпиризма и рационализма Родоначальником эмпиризма стал английский философ Ф. Бэкон. Основной тезис эмпиризма гласит: в разуме нет ничего такого...

Индекс гингивита (PMA) (Schour, Massler, 1948) Для оценки тяжести гингивита (а в последующем и ре­гистрации динамики процесса) используют папиллярно-маргинально-альвеолярный индекс (РМА)...

Методика исследования периферических лимфатических узлов. Исследование периферических лимфатических узлов производится с помощью осмотра и пальпации...

Анализ микросреды предприятия Анализ микросреды направлен на анализ состояния тех со­ставляющих внешней среды, с которыми предприятие нахо­дится в непосредственном взаимодействии...

Типы конфликтных личностей (Дж. Скотт) Дж. Г. Скотт опирается на типологию Р. М. Брансом, но дополняет её. Они убеждены в своей абсолютной правоте и хотят, чтобы...

Гносеологический оптимизм, скептицизм, агностицизм.разновидности агностицизма Позицию Агностицизм защищает и критический реализм. Один из главных представителей этого направления...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.008 сек.) русская версия | украинская версия