Студопедия — Gər Biz Özümüzə əyləncə seçmək istəsəydik, onu dərgahımızdakılardan seçərdik”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Gər Biz Özümüzə əyləncə seçmək istəsəydik, onu dərgahımızdakılardan seçərdik”.






Bu – gerçəkləşməsi heç vaxt mümkün olmayacaq ehtimal­dır. Əgər Allah əylənmək istəsəydi, O, bu barədə məxluqlarına bildirməzdi, çünki əylənməyə can atmaq nöqsan və qüsurdur. Əgər Onun qüsurları olsaydı, qullarına bunu bilməyə imkan verməzdi. Fövqəluca bu örnəyi ona görə misal çəkir ki, haqqı ən inandırıcı tərzdə yüksək ağıl səviyyəsinə malik olmayan insan­lara çatdırsın. Təmkinli, Mərhəmətli və Müdrik Allah Pakdır və O, Öz Kitabında hər şeyi öz yerində yerləşdirmişdir[68].

 

ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ;

(21.18) “Lakin Biz Haqqı nahaqqın təpəsinə çırpırıq, o da dağılıb yox olur. Ona məxsus saydığınız məziyyətlərə görə vay sizin halınıza!”

Fövqəluca xəbər verir ki, O, haqqı təsdiq və yalanı dar­madağın etmək üzrə məsuliyyəti Öz üzərinə götürmüşdür. İnsanlar hər dəfə mübahisəyə girərək yalanı müdafiə etdikdə, Allah haqqı, elmi və onların izahını nazil edir ki, yalanı xıncım-xıncım edib dağıtsın. Yalan yox olur və hamı onun qüsurlulu­ğuna əmin olur. Bunu bütün dini və mənəvi məsələlərə şamil etmək olar. Yalan tərəfdarları insanlar arasında məntiqi təfək­kürlə və ya müqəddəs mətinlərlə bağlı yalanı doğru bəyan etmək və haqqı inkar etmək məqsədilə şübhə yaymağa başlayan kimi, insanlar Allahın nazil etdiyi təkzibolunmaz məntiqi dəlillər və müqəddəs mətnlərə rast gəlirlər və onlar bu yanlış baxışları qətiyyətlə rədd edirlər və bunun sayəsində ətrafdakılar bəyan edilənin qüsurluluğuna əmin olmaq imkanı əldə edirlər. Bu, dini məsələləri ardıcıllıqla və diqqətlə öyrənən hər kəsə yaxşı məlumdur.

Sonra Allah Ona layiq olmayan məziyyətləri aid edənlərə, Ona şərik qoşanlara və ya Onun oğlu və yaxud zövcəsi olmasına inananlara müraciət edir. Sizin cinayətləriniz, sizin fəlakətə, ümidsizliyə və böyük zərərə düçar olmağınızla nəticələnəcək. Sizin sözləriniz sizə heç bir fayda verməyəcəkdir və sizin ümid bəslədikləriniz özünü doğrultmayacaqdır. Siz zəhmət çəkdiyiniz və can atdığınız məqsədə nail ola bilməyəcəksiniz. Bundan əlavə, hər şey əksinə baş verəcəkdir. Sizin nəsibiniz məhrumiyyətlər və məyusluq olacaqdır.

Daha sonra Allah bildirir ki, bütün göylərin, yerin və onların arasında olanlar üzərində hakimiyyət tək Ona məxsus­dur. Onlarda yaşayan bütün məxluqlar Onun qullarıdır. Onlar heç bir hakimiyyətə, hətta onun zərrə qədərinə də malik deyillər. Onlar Allaha heç nə ilə kömək edə bilməzlər və hətta Onun qarşısında Onun icazəsi olmadan onların şəfaət üçün Ona müra­ciət etmək haqları belə yoxdur. Niyə onda müşriklər bu məxluq­ları ilahlara çevirir və Allaha övlad istinad edirlər?!

 

ﮡ ﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ;

 

Göylərdə və yerdə olanların hamısı Ona məx­susdur. Onun hüzurundakılar isə Ona ibadət etməkdə təkəb­bür­lənmir və usanmırlar”.

 

Əzəmətli Hökmdar Pakdır! Onun fövqəlqüdrəti qarşısında bütün məxluqlar təzim edirlər. O, bütün varlıq üzərində hökm­randır. Hətta Ona yaxın olan mələklər belə Ondan ehtiyat edirlər. Onun yaxınlığında olanların hamısı yorulmadan Ona səcdə edirlər. Mələklər Ona ibadət etməkdən çəkinmirlər və bu əməllə­rindən bezmirlər, çünki onlar ürəkdən gələn səmimi istəklə Onu razı salmağa çalışır, Ona ən mükəmməl məhəbbət bəsləyirlər və onlara bundan ötrü qüdrətli bədən əta edilmişdir.

 

ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ;

 







Дата добавления: 2015-09-04; просмотров: 401. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Расчетные и графические задания Равновесный объем - это объем, определяемый равенством спроса и предложения...

Кардиналистский и ординалистский подходы Кардиналистский (количественный подход) к анализу полезности основан на представлении о возможности измерения различных благ в условных единицах полезности...

Обзор компонентов Multisim Компоненты – это основа любой схемы, это все элементы, из которых она состоит. Multisim оперирует с двумя категориями...

Композиция из абстрактных геометрических фигур Данная композиция состоит из линий, штриховки, абстрактных геометрических форм...

Объект, субъект, предмет, цели и задачи управления персоналом Социальная система организации делится на две основные подсистемы: управляющую и управляемую...

Законы Генри, Дальтона, Сеченова. Применение этих законов при лечении кессонной болезни, лечении в барокамере и исследовании электролитного состава крови Закон Генри: Количество газа, растворенного при данной температуре в определенном объеме жидкости, при равновесии прямо пропорциональны давлению газа...

Ганглиоблокаторы. Классификация. Механизм действия. Фармакодинамика. Применение.Побочные эфффекты Никотинчувствительные холинорецепторы (н-холинорецепторы) в основном локализованы на постсинаптических мембранах в синапсах скелетной мускулатуры...

САНИТАРНО-МИКРОБИОЛОГИЧЕСКОЕ ИССЛЕДОВАНИЕ ВОДЫ, ВОЗДУХА И ПОЧВЫ Цель занятия.Ознакомить студентов с основными методами и показателями...

Меры безопасности при обращении с оружием и боеприпасами 64. Получение (сдача) оружия и боеприпасов для проведения стрельб осуществляется в установленном порядке[1]. 65. Безопасность при проведении стрельб обеспечивается...

Весы настольные циферблатные Весы настольные циферблатные РН-10Ц13 (рис.3.1) выпускаются с наибольшими пределами взвешивания 2...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.011 сек.) русская версия | украинская версия