Студопедия — Ouml;zünə Allahla bərabər başqa tanrı götürmə, yoxsa axırda rüsvay olar və tənha oturarsan”.
Студопедия Главная Случайная страница Обратная связь

Разделы: Автомобили Астрономия Биология География Дом и сад Другие языки Другое Информатика История Культура Литература Логика Математика Медицина Металлургия Механика Образование Охрана труда Педагогика Политика Право Психология Религия Риторика Социология Спорт Строительство Технология Туризм Физика Философия Финансы Химия Черчение Экология Экономика Электроника

Ouml;zünə Allahla bərabər başqa tanrı götürmə, yoxsa axırda rüsvay olar və tənha oturarsan”.






Məxluqların arasında heç olmazsa zərrə qədər də ibadətə layiq olanın tapılacağına inanma və Allaha şərik qoşma, çünki əks halda sən biabır olarsan və tənha qalarsan. Allah, Onun mələkləri və Onun elçiləri – onların hamısı Ona şəriklər qoşmağı qadağan edirlər və şərik qoşanları ən sərt tərzdə qınayırlar. Onlar müşrikləri ən rəzil və ən yaramaz ləqəblərlə adlandırırlar.

Bu pozğun ayamalara və yaramaz ləqəblərə layiq görülən müşriklər dünyəvi və ruhani məsələlərdə hər cür yardımdan məhrum edilirlər. Onlar öz Rəbbindən uzaqlaşdıqca, məhrumiy­yət­ləri də bir o qədər çox hiss olunur. İnsan Allahdan başqa kiməsə ümidini bağladıqda, o, Onun himayəsindən məhrum edilir. Belə olduqda, həmin insanın yeganə hamisi – ümid bəs­lədiyi məxluq olur, halbuki Allahın icazəsi olmadan heç bir məxluq bir başqasına fayda verməyə qabil olmaz. Əgər insan Onun əvəzinə məxluqlara ibadət edirsə, nifrətə layiq edilir və Onun yardımından məhrum edilir, təkcə Ona ibadət edən, Ona səmimiyyətlə qulluq göstərən və təkcə Ona təvəkkül edən mömin isə tərifə layiqdir və bütün təşəbbüslərində Onun yardı­mına layiq görülür.

 

ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ;

 

Rəbbin Ondan başqa heç kimə ibadət etməməyi və valideynlərə yaxşılıq göstərməyi əmr etmişdir. Valideynlə­rindən biri və ya hər ikisi ahıllıq yaşına çatıblarsa, onlara qarşı “uf” belə demə, onlara səsini qaldırma və onlarla ehtiramla rəftar et”.

Fövqəluca Allah Ona şərik qoşmağı qadağan etdikdən və təkcə Ona ibadət etmək əmri verdikdən sonra, O, bunu dini hökm formasında bəyan edir. Bu hökmə uyğun olaraq həm yerdə, həm də göylərdə elə bir canlı və ya cansız məxluq yoxdur ki, ibadətə və ilahlaşdırılmağa layiq olsun. Buna layiq olan təkcə Allahdır – Vahid Rəbb, Öz məxluqlarına ehtiyacı Olmayan. Amma onlar Ona möhtacdırlar. O, qüsursuz formada olan və məxluqların keyfiy­yətlərinə bənzəməyən ən kamil sifətlərə malikdir. O, qullarına gözlə görünən və görünməyən nemətlər bəxş edir. O, xəlq edir, ruzi nazil edir və istənilən işi gerçəkləşdirir. O, Kainatda gedən bütün prosesləri idarə edir və heç kim Onunla bu hakimiyyəti bölüşdürmür.

Qullarının Allah qarşısında vəzifələrini xatırladaraq, Fövqəluca, insanın öz valideynləri qarşısında vəzifələrindən xə­bər verir. O, əmr edir ki, valideynlərə yaxşı münasibət bəslənilsin və onlara istənilən formada həm sözdə, həm də əməldə xeyirxah­lıqlar göstərilsin. Bu onunla izah olunur ki, məhz valideynlər insanın dünyaya gəlməsinin səbəbi olmuşlar. Onların öz övladına bəslə­dikləri məhəbbət, ona göstərdikləri xeyirxah münasibət və yaxın qohumluq insanı onların qarşısında öz vəzifələrini daha yüksək dərəcədə və qüsursuz yerinə yetirməyə və onlara ancaq yaxşılıq göstərməyə vadar edir.

Valideynlərdən biri və ya hər ikisi ahıl yaşına çatdıqda onlar zəifləməyə başlayır, yaxşı və mehriban münasibətə möhtac olurlar ki, bunu insanlar çox yaxşı bilirlər və buna görə insanın onlara hətta “uf!” deməyə[11] belə haqqı yoxdur. Bu - ən sadə bir sözdür ki, onun vasitəsi ilə bir adam başqasının ürəyini sındıra bilər. Bu söz bu ayədə ona görə işlədilmişdir ki, insanların diqqətini insanların diqqətini bundan daha çox inciklik yaradan və kobud sözlərdən uzaq olmağa yönəltsinlər. Bu onu bildirir ki, insanın öz valideyn­lərini hətta ən ziyansız sözlərlə belə incitməyə haqqı yoxdur. Onun həmçinin onların üstünə qışqırmaq və onlara kobud söz söyləmək haqqı yoxdur. Əksinə, o, onlara xoşlarına gələn sözlər deməli, onlarla nəzakətli və mehriban olmalı və ehtiramla dolanmalıdır. Onun nitqi valideynlərinə sevinc və məmnunluq bəxş etməlidir və bunlar şəraitdən, vəziyyətdən və vaxtdan asılı olmalıdır.

 

ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ;

 

Onları öz mərhəmət qanadının altına al və de: “Ey Rəbbim! Onlara rəhm et, axı onlar məni körpəliyimdən böyü­düblər”.

Valideynlərinlə mülayim və xoşrəftar ol və onlara itaət və mərhəmət göstər. Lakin bunu onlardan qorxduğuna və onların əmlakının bir hissəsini əldə etməyə və ya başqa tamahkarlıq məqsədlərinə görə deyil, Allahdan mükafat almaq ümidi ilə et! Amma bil ki, əgər sən onlarla yumşaq davranışını mənfəət güdmək məqsədilə yerinə yetirsən, Onun mükafatından məhrum olarsan.

Allaha yalvar ki, valideynlərinə, onların yaşamasından və ya ölməsindən asılı olmayaraq, rəhm etsin. Övladın, o, körpə olduğu zaman valideynlərinin onu tərbiyə etməsinə görə onlara minnət­dar­lığı belə olmalıdır. Bu ilahi hökmdən aydın olur ki, valideynlər öz övladını nə qədər yaxşı tərbiyə etsələr, onun onların qarşısında borcu da böyük olur. Əgər kimsə, valideyn­lərindən başqa, insanı tərbiyə etmiş və ya ona ruhani və dünyəvi həqiqətləri öyrətmişsə, onda o, onların qarşısında da borclu olur.

 

ﯠ ﯡ ﯢ ﯣ ﯤﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ;

 

Rəbbiniz qəlbinizdə olanları hamıdan yaxşı bilir. Əgər siz xeyirxah olsanız, bilin ki, O, tövbəkarları Bağışlayan­dır”.

Sizin Fövqəluca Rəbbiniz qəlblərinizdə gizlədilən bütün xeyirxah və bədxah niyyətlərinizdən agahdır. O, sizin əməlləri­nizə və vücudunuza deyil, sizin qəlblərinizə baxır, xeyirxah və bədxah niyyətlərinizi müşahidə edir. Əgər siz mümkün qədər Allahın mərhəmətini qazanmaq və Ona yaxınlaşmaq üçün fikir və niyyətlərinizi bu yöndə cəmləşdirən xeyirxah və saleh insan­lar­sınızsa, əgər sizin ürəklərinizdə təkcə Allahın xoşuna gəlməyə can atmaq hissi kök salmışdırsa, onda bilin ki, Allah həmişə üzünü Ona tərəf çevirənlərin hər birini bağışlayır. Rəbb qulunun qəlbinə baxaraq, orada Onu razı salmaq arzusundan, Allaha və qulu Ona yaxınlaşdıra bilən hər şeyə məhəbbət bəsləməkdən başqa bir şey olmadığını gördükdə, onu bağışlayır. Hətta əgər bu qul bəzi hallarda təbii insani zəiflik göstərdikdə belə, Allah onun bu təsadüfi kiçik günahlarını güzəşt edir.

 

ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ;

(17.26) “Qohumlarına, kasıba və yol yolçularına haqqını ver, lakin həddən artıq israfçılıq etmə!”

Xeyirxahlıq et və qohumlarına hörmət göstər. Onların qarşısında borcunu yerinə yetir və onlara əlavə qayğı göstər. Bil ki, insanın qohum-əqrəbası qarşısında vəzifələri qohumluq əla­qələ­rinin yaxınlığı, şərait, ehtiyac, rifah, zaman və bir çox digər amillər baxımından fərqli olur. Zəkatını və digər sədəqələrini kasıblara və maddi imkandan məhrum olub evinə qayıda bilməyən yolçulara ver. Lakin bütün var-dövlətini sədəqə kimi paylayaraq həddən artıq israfçılıq etmə. Əgər verdiyi sədəqə insanın güzəranına zərər vurur və onun imkanlarını üstələyirsə, onda bu Allahın şəriəti ilə qadağan edilən israfçılıq sayılır.

 

ﯹ ﯺ ﯻ ﯼ ﯽﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ;







Дата добавления: 2015-09-04; просмотров: 445. Нарушение авторских прав; Мы поможем в написании вашей работы!



Функция спроса населения на данный товар Функция спроса населения на данный товар: Qd=7-Р. Функция предложения: Qs= -5+2Р,где...

Аальтернативная стоимость. Кривая производственных возможностей В экономике Буридании есть 100 ед. труда с производительностью 4 м ткани или 2 кг мяса...

Вычисление основной дактилоскопической формулы Вычислением основной дактоформулы обычно занимается следователь. Для этого все десять пальцев разбиваются на пять пар...

Расчетные и графические задания Равновесный объем - это объем, определяемый равенством спроса и предложения...

ПУНКЦИЯ И КАТЕТЕРИЗАЦИЯ ПОДКЛЮЧИЧНОЙ ВЕНЫ   Пункцию и катетеризацию подключичной вены обычно производит хирург или анестезиолог, иногда — специально обученный терапевт...

Ситуация 26. ПРОВЕРЕНО МИНЗДРАВОМ   Станислав Свердлов закончил российско-американский факультет менеджмента Томского государственного университета...

Различия в философии античности, средневековья и Возрождения ♦Венцом античной философии было: Единое Благо, Мировой Ум, Мировая Душа, Космос...

Функциональные обязанности медсестры отделения реанимации · Медсестра отделения реанимации обязана осуществлять лечебно-профилактический и гигиенический уход за пациентами...

Определение трудоемкости работ и затрат машинного времени На основании ведомости объемов работ по объекту и норм времени ГЭСН составляется ведомость подсчёта трудоёмкости, затрат машинного времени, потребности в конструкциях, изделиях и материалах (табл...

Гидравлический расчёт трубопроводов Пример 3.4. Вентиляционная труба d=0,1м (100 мм) имеет длину l=100 м. Определить давление, которое должен развивать вентилятор, если расход воздуха, подаваемый по трубе, . Давление на выходе . Местных сопротивлений по пути не имеется. Температура...

Studopedia.info - Студопедия - 2014-2024 год . (0.012 сек.) русская версия | украинская версия